Əlaqə Arxiv
news Image
2013.10.30
15:44
| A A A
Komitədən qaz sobaları ilə bağlı xəbərdarlıq!
Fazil Talıblı: "Sahibkarlar daha çox pul qazanmaq məqsədilə qaz sobalarını qoruyucu klapanlarsız sifariş verirlər" Standartlaşdırma Metrologiya və  Patent üzrə Dövlət Komitəsində bir neçə müəssisənin istehsalı olan qaz sobaları qoruyucu klapanları çıxarıldığından sertifikatlaşdırmayıb. Komitənin mətbuat katibi Fazil Talıblının Movqe.az-a verdiyi məlumata görə, havaların soyması üçün sertifikatlaşdırılması üçün Komitənin müvafiq labaratoriyasına daxil olan,müxtəlif ölkələrin istehsalı olan qaz sobalarının sayı artıb. F. Talıblı xüsusilə İran İslam Respublikasından gətirilən qaz sobalarından indiyədək yalnız 4 müəssisənin istehsalı olan sobalara sertifikat verildiyini söyləyib. F. Talıblı bildirib ki, sahibkarlar daha çox qazanc güdmək məqsədilə qaz sobalarını alarkən sobaları qoruyucu klapanlarsız istehsal edilməsini tələb edirlər. Belə qaz sobaları ölkəyə gətirilərkən sertifikat almaq üçün Komitənin labaratoriyasında sınaq məqsədilə yoxlanılarkən qoruyucu klapanlarının olmadığı aşkarlanır və həmin mallara sertifikat verilmir: "Qaz sobalarının 4 qoruyucu klapanı olur ki, həmin klapanlar təkcə qaz xəttində deyil tüstü bacasında da problem yaranarsa avtomatik qapanır. Qaz söndüyü, kəsilib yenidən gəldiyi halda klapan avtomatik bağlanaraq açılır. Amma təəssüf ki, sahibkarlar daha çox pul qazanmaq məqsədilə qaz sobalarını qoruyucu klapanlarsız sifariş verirlər. Belə hal labarotoriyada şakarlanarsa, Komitə tərəfindən sertifikatlaşdırılmır. Vətəndaşlardan da xahiş edirik ki, qaz sobaları alarkən sertifikat tələb etsinlər. Sertifikatlı soba tam təhlükəsiz, standartlara uyğun hazırlanan mal deməkdir. Bizim tələbimiz var ki, sobalar ölkəyə gətirilərkən onun quraşdırılması və istifadəsi ilə bağlı təlimat vərəqələri ana dilinə tərcümə edilsin. Bu qaydalara riayət etməyənlər payız-qış mövsümü ilə əlaqədar ticarət mərkəzlərində keçirilən reydlər zamanı inzibati məsuliyyətə cəlb olunacaqlar". 
Sizin Reklam Yeriniz