Əlaqə Arxiv
news Image
2013.10.31
10:44
| A A A
Səhiyyə naziri: Türkiyədə çalışmaq üçün ən çox azərbaycanlı həkimlər müraciət edir

Xarici ölkələrdən Türkiyəyə gələrək orada çalışan həkimlərin sayı açıqlanıb.


Türkiyə mətbuatında verilən məlumata görə, Türkiyənin  səhiyyə naziri Mehmet Müezzinoğlu bu ölkədə çalışmaq üçün ən çox azərbaycanlı həkimlərin müraciət etdiyini bildirib.

 

Onun sözlərinə görə, ötən il 443 həkim Türkiyədə çalışmaq üçün müraciət edib və onların 425-nin müraciətinə müsbət cavab verilib. Müraciətlərin 68-i Azərbaycandan, 49-u İrandan, 39-u Suriyadan, 29-u Yunanıstandan daxil olub.

 

Qeyd edək ki, 22 fevral 2012-ci ildə qüvvəyə minən qanuna əsasən, xarici ölkə vətəndaşı olan həkimlərin Türkiyədə özəl xəstəxanalarda çalışması üçün əsas şərt Türkiyə türkcəsini öyrənmələridir.

Sizin Reklam Yeriniz