Əlaqə Arxiv
news Image
2013.10.31
12:15
| A A A
Bakıda əsgər özünü güllələdi

Hadisə əsgərin silahla ehtiyatsız davranması nəticəsində baş verib

Hadisə  Bakıda əsgər özünü güllələyib. Hadisə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayında baş verib. Məsələ ilə əlaqədar Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov ANS PRESS-ə açıqlamasında faktı təsdiqləyib.


M.Sadıqov bildirib ki, əsgər 19 yaşlı Kamil Şükür oğlu İsayev tabeliyindəki silahdan açılan atəş nəticəsində güllə yarası alıb.


Onun sözlərinə görə, hadisə əsgərin silahla ehtiyatsız davranması nəticəsində baş verib: "Əsgər ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Əsgər çiyin nahiyyəsindən güllə yarası alıb. Yaralı əsgər hospitala yerləşdirilib. Hazırda müalicə alan əsgərin həyatı üçün heç bir təhlükə yoxdur".


Sizin Reklam Yeriniz