Əlaqə Arxiv
news Image
2013.10.31
12:24
| A A A
Dərmanların qiymətinin tənzimlənməsi məqsədilə təkliflər paketi Nazirlər Kabinetinə təqdim edilib
Elsəvər Ağayev: “Eyni zamanda vahid qiymətin formalaşmasını əsaslandıran qaydalar hazırlanaraq təqdim olunub”

Səhiyyə Nazirliyi İqtisadi İnkişaf Nazirliyi ilə birgə dərmanların qiymətinin tənzimlənməsi məqsədilə artıq təkliflər paketini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Movqe.az xəbər verir ki, bu məlumatı bu gün jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Elsəvər Ağayev bildirib. Nazir müavini deyib ki, dərmanların vahid qiymətə satılması ilə əlaqədar mövzu Səhiyyə və İqtisadi İnkişaf Nazirliklərinin diqqətində olan vacib məsələlərdən biridir: "Əvvəl iyul ayında bizim təkliflər paketimiz Nazirlər Kabimetinə təqdim olundu. İndi isə artıq hazır sənədlər paketi NK-ya təqdim edilib. Dərmanların vahid qiymətə satılması ilə bağlı qaydaları və nəzarət mexanizmini əks etdirən əsasnamə,  eyni zamanda vahid qiymətin formalaşmasını əsaslandıran qaydalar hazırlanaraq təqdim olunub".

Sizin Reklam Yeriniz