Əlaqə Arxiv
news Image
2013.10.31
12:50
| A A A
Azərbaycanda bir qrup insanlar üçün süni mayalanma pulsuz keçirilə bilər

Movqe.az xəbər verir ki, Azərbaycanın səhiyyə naziri Elsəvər Ağayev Azərbaycanda ekstrokorporal mayalanmanın(süni mayalanma) əhalinin müəyyən təbəqəsi üçün pulsuz həyata keçirilməsi məsələsinə münasibət bildirib. Bu gün jurnalıstlərə açıqlamasında nazir müavini qeyd edib ki, bunun reallaşması nəzərdə tutulur:" Azərbaycanda süni mayalanmadan pulsuz istifadənin bəzi insan qrupları arasında tətbiq edilməsi qanunauyğunluqdur. Və bu həyata keçəcəkdir".

Xatırladaq ki, bu günlərdə Milli Məclisdə Azərbaycanda ekstrokorporal mayalanmanın (süni mayalanma) əhalinin müəyyən təbəqəsi üçün pulsuz həyata keçirilməsi təklifi səslənmişdi. Təklifə görə, "Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsində reproduktiv texnologiyanın tətbiqi ilə ekstrokorporal mayalanmanın dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi təklif edilib. Ancaq ekstrokorporal mayalanma dövlət büdcəsi hesabına sosial cəhətdən zəif müdafiə olunan əhali qrupuna tətbiq edilməlidir. Digər tərəfdən, icbari tibbi sığorta sistemi tətbiqi edilərsə, onda ekstrokorporal mayalanma icbari tibbi xidmətlər paketinə də daxil edilə bilər.



Sizin Reklam Yeriniz