Əlaqə Arxiv
news Image
2013.10.31
14:33
| A A A
Yeni müdafiə naziri Naxçıvana səfər edib

Naxçıvan hərbi polisinin rəisi dəyişdirilib, daha bir neçə yeni təyinat olub

Azərbaycanın yeni müdafiə naziri Naxçıvan Muxtar Respublikasına səfər edib.

 

Movqe.az-ın məlumatına görə, general-polkovnik Zakir Həsənov oktyabrın 30-da Naxçıvanda yerləşən ordu birləşməsində olub, şəxsi heyətlə görüş keçirib.

 

Z. Həsənov Naxçıvana səfəri çərçivəsində bir sıra yeni təyinatlar da həyata keçirib. Onun əmri ilə polkovnik Elman Orucovu Naxçıvan hərbi polisinə rəis təyin edilib. E. Orucov general-mayor Elbrus Orucovun qardaşıdır.

 

Z. Həsənov, həmçinin Naxçıvanda bir sıra hərbi hissələrə baş çəkərək, vəziyyətlə yerində tanış olub.

 

 

Sizin Reklam Yeriniz