Əlaqə Arxiv
news Image
2013.10.31
15:05
| A A A
Azərbaycan vətəndaşlarına Vyetnama viza verilməsi qaydaları sadələşdirilib

Azərbaycan vətəndaşlarına Vyetnama viza verilməsi qaydaları sadələşdirilib.


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Vyetnam Sosialist Respublikasının Azərbaycanda səfirliyi olmadığından, Vyetnama səfər etmək istəyən Azərbaycan vətəndaşları viza almaqda çətinliklə üzləşiblər.

 

Məsələ ilə bağlı Azərbaycanın Vyetnamdakı səfirliyi Vyetnam Xarici İşlər Nazirliyində keçirdiyi görüşlər zamanı Azərbaycan vətəndaşlarının Vyetnama viza alması prosedurlarının sadələşdirilməsi məsələsini qaldırıb.

 

Aparılan məsləhətləşmələr nəticəsində Azərbaycan vətəndaşlarına viza verilməsi qaydaları sadələşdirilib. Belə ki, Vyetnam aeroportlarında Azərbaycan vətəndaşları üçün viza rəsmiləşdirilməsi həyata keçirilə biləcək. Bunun üçün Vyetnam turizm şirkətləri tərəfindən müvafiq səyahət sənədlərinin təqdim olunması kifayətdir.


Sizin Reklam Yeriniz