Bazarın ərazisində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan mağazanın lambirdən ibarət tavanı, kondisioner yanıb,alov bazar yaxınlığındakı Avtogigiyena Mərkəzinə də keçib
Hadisə Bakının Nəsimi rayonunda A.Mustafayev küçəsi 30 saylı ünvanda yerləşən "Kəndçi" bazarında yanğın baş verib. Ans press-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bazarın ərazisində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan mağazanın lambirdən ibarət tavanı, kondisioner və kassa aparatı yanıb.
Alov bazar yaxınlığındakı vətəndaşa məxsus ümumi sahəsi 3000 kv.m olan Avtogigiyena Mərkəzinə də keçib. Burada təmirə dayanmış "Mercedes" markalı minik avtomobili də yanıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın saat 04:25 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.