Əlaqə Arxiv
news Image
2013.11.01
11:47
| A A A
Prokurorluq Demokratiyanın Tədrisi Mərkəzində yoxlama apardı

Ofisdə yoxlamalar aparılıb, kompüterlərə baxılıb.

Azərbaycan  Oktyabrın 31-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) ofisində yoxlamalar aparılıb, kompüterlərə baxılıb.

Mərkəzin rəhbəri Anar Məmmədli Azadlıq Radiosuna məlumatı təsdiqləyib. O, yoxlamaları həyata keçirdikləri layihələrlə əlaqələndirir: "Yoxlamaları Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi aparır. Bizimlə bağlı bu məsələ bir-neçə gün əvvəl başlanıb. Bu yoxlamalar bizim layihələrlə bağlıdır. Bir qədər anlaşılmazlıq var, belə ki, adətən bu məsələlərlə bağlı Vergilər Nazirliyi yoxlama aparmalıdır. İstintaq sirri olduğu üçün detallı məlumat verə bilmirik. Hələ ki, gözləyirik".

Sizin Reklam Yeriniz