Əlaqə Arxiv
news Image
2013.11.01
12:20
| A A A
Rail Rzayevin qardaşı vəzifəyə təyin olunub

Azərbaycan müdafiə nazirinin keçmiş müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayevin qardaşına yeni vəzifə verilib.


Movqe.az-ın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə Rafael Rzayev nazirlikdə şöbə rəisi vəzifəsinə təyinat alıb.

 

Qeyd edək ki, R. Rzayev Şamaxının hərbi komissarı olub. 2009-cu ildə Rail Rzayev qətlə yetiriləndən bir neçə gün sonra Rafael Rzayev tutduğu vəzifədən uzaqlaşdırılaraq, ordudan tərxis edilib.

Sizin Reklam Yeriniz