Əlaqə Arxiv
news Image
2013.11.01
14:55
| A A A
Sergey Sobyanin Qərbi Biryulevo rayonunun rəhbərini işdən çıxardı
"Pokrov meyvə-tərəvəz bazasında aşkara çıxarılmış pozuntulara görə də yerli rəhbərlər məsuliyyət daşıyır"

Moskva meri Sergey Sobyanin paytaxtın Cənub dairəsinin prefekti Georgi Smoleyevski və Qərbi Biryulevo rayonunun rəhbəri Viktor Leqavini vəzifələrindən uzaqlaşdırıb. Rusiya mətbuatında yayılan xəbərə görə, Sobtanin cənub-şərq dairəsinin prefektinə isə töhmət verib.


Onun sözlərinə görə, vəzifəli şəxslər nəzarət etdikləri ərazilərdə kütləvi qanun pozuntularına görə məsuliyyət daşımalıdır: 


"Pokrov meyvə-tərəvəz bazasında aşkara çıxarılmış pozuntulara görə də yerli rəhbərlər məsuliyyət daşıyır. Formal baxımından buna onlar cavabdehlik daşımaya bilər, lakin biz təlimatların arxasına sığına bilmərik. Sizlər mənim qarşımda cavabdehsiniz, mən isə baş verənlərə görə bütün moskvalıların qarşısında cavabdehəm".

Sizin Reklam Yeriniz