Əlaqə Arxiv
news Image
2013.11.04
12:59
| A A A
Azərbaycanda mülayim hava şəraiti davam edəcək

Bu barədə Movqe.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat veriblər.


Məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında noyabrın 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.


Havanın temperaturunun gecə 7-12, gündüz 17-22, bəzi yerlərdə 25 dərəcəyədək isti, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.


Yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Sizin Reklam Yeriniz