Əlaqə Arxiv
news Image
2013.11.04
13:41
| A A A
Gülər Əhmədovanın məhkəməsi yenidən təxirə salındı-Yenilənib

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmən prosesi günün ikinci yarısında davam etdirilib. Günortadan sonra davam edən məhkəmə prosesndə şahid qismində Səyyarə Heydərova, Namiq Muradov, Nazim İsmayılov, Rüfət Hüseynov ifadə veriblər. Daha sonra Hakim Əlisultan Osmanov proses noyabrın 7-ə təxirə salındığını söyləyib. 

***


Gülər Əhmədovanın məhkəmə prossesi davam etdirilir. Məhkəmədə şahid ifadələri dinlənilib. Məhkəmədə şahid qismində Sevinc Babayevanın oğlu Ayxan Məmmədov dəvət olunub. O, ilk dəfə verdiyi ifadəsini yenidən  məhkəməyə də təkrar edib. Amma hakim onun ilk dəfə verdiyi ifadə ilə hazırda verdiyi ifadə arasında ziddiyyətlər olduğunu bildirib. Bununla bağlı Gülər Əhmədova  ilə Ayxan Məmmədov arasında mübahisə yaranıb. Daha sonra məhkəməyə Hikmət Bağırov dəvət olunub. O da Ayxan Məmmədovla bağlı ifadə verib. Onu tanıdığını, lakin şəxsən görmədiyini deyib. Daha sonra məhkəməyə Vidadi Qədirov dəvət olunub. O, ifadəsində bildirib ki, Sevinc Babayevayla tanışlığı uzun müddətdir və onunla qadın-kişi münasibətində olub: "Ona zinət əşyaları, maşın almışam". Sonra Vidadi Qədirov bildirib ki, Sevinc Babayeva onunla danışanda qeyd edib ki, qeyri-leqal yolla Azərbaycana gəlmək istəyir. Ondan kömək istəsə də, o heç bir kömək edə bilməyəcəyini  deyib. 

Məhkəməyə fasilə verilib. Prossesə 14:15-də davam ediləcək


Sizin Reklam Yeriniz