Əlaqə Arxiv
news Image
2013.11.04
14:36
| A A A
Pərviz Müşərrəf girov müqabilində azadlığa buraxılacaq

İslamabad şəhər məhkəməsi Pakistanın sabiq prezidenti, general Pərviz Müşərrəfin girov müqabilində azadlığa buraxılması haqqında qərar çıxarıb.


"RİA Novosti"nin yaydığı xəbərə görə, generalın vəkilləri onun ölkəni tərk etməyəcəyini bəyan ediblər.

 

P.Müşərrəf 2007-ci ildə "Qırmızı məscid"də toplaşmış islamçı radikallara qarşı silahlı əməliyyat keçirməkdə və bu zaman 100 nəfərin ölümünə səbəb olmaqda ittiham olunur. Barəsində bir neçə cinayət işi açılan sabiq prezident Pakistan Ali Məhkəməsinin hakimlərini həbs etməkdə və keçmiş baş nazir Benəzir Bhuttonun ölümündə də təqsirləndirilir. Oktyabrın 9-da girov müqabilində azadlığa buraxılan P.Müşərrəf bir gün sonra başqa ittihamla yenidən həbs edilib.

Sizin Reklam Yeriniz