Əlaqə Arxiv
news Image
2013.11.04
16:36
| A A A
Azərbaycanda bəzi telekanalların lisenziya müddəti uzadılıb

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.


MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda "Baku and Boston TV Communication" MMC-nin, "SKAY MAKS" MMC-nin, "Azad Azərbaycan Müstəqil Tele-radio Kompaniyası"nın kabel şəbəkəsi yayımı üçün, "CTV" MMC-nin isə regional (Lənkəran şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb.

 

Şuranın qərarına əsasən, "Baku and Boston TV Communication" MMC-nin, "SKAY MAKS" MMC-nin, "Azad Azərbaycan Müstəqil Tele-radio Kompaniyası"nın kabel şəbəkəsi yayımı üçün, "CTV" MMC-nin isə regional (Lənkəran şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılıb.

Sizin Reklam Yeriniz