Vatikanın mədəniyyət naziri Bakıya gəlib
Vatikan nümayəndəsinin ölkə başçısı İlham Əliyev ilə də görüşü gözlənilir
Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri, Vatikanın mədəniyyət naziri, kardinal Can Franko Ravazi Bakıya gəlib.
C. F. Ravazi səfər çərçivəsində bir sıra rəsmilərlə görüş keçirəcək. O, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə ilə də bir araya gələcək.
Vatikan nümayəndəsinin ölkə başçısı İlham Əliyev ilə də görüşü gözlənilir.