Əlaqə Arxiv
news Image
2013.11.05
10:22
| A A A
Siyəzəndə dəhşətli qəza: 16 nəfər xəsarət alıb

Siyəzən rayonunda minik avtomobili ilə avtobus toqquşub.


APA-nın şimal bürosunun verdiyi məlumata görə, Ağamaliyev Ariz Bilal oğlunun idarə etdiyi 10 ZV 175 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə Ağayev Elmar Nadir oğlunun idarə etdiyi 53 AC 279 dövlət qeydiyyatlı "KVZ" markalı avtobus toqquşub. Qəza nəticəsində 16 nəfər müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra 13 nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər 3 nəfər - Siyəzən rayon sakinləri, 1971-ci il təvəllüdlü Məmmədzadə Leyla Əliheydər qızı, 1962-ci il təvəllüdlü Quliyeva Aynişə Musa qızı və 1979-cu il təvəllüdlü Yolçuyeva Kifayət Tapdıq qızının aldığı xəsarətlər ciddi olduğundan onların müalicəsinin tibb müəssisəsində davam etdirilməsi qərara alınıb. Vəziyyəti ağır olan K. Yolçuyeva Bakı xəstəxanalarından birinə göndərilib.

 

Qəza zamanı "Mercedes"in sürücüsünün sərxoş olduğu bildirilir. Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırma aparılır. 

Sizin Reklam Yeriniz