Əlaqə Arxiv
news Image
2013.11.05
11:28
| A A A
Binəqədi Rayon İcra Hakimiyyətində media ilə əməkdaşlığa dair konfrans keçirildi-Yenilənib

Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etditilməsi"mövzusunda konfrans keçirilib. Movqe.az-ın verdiyi xəbərə görə, tədbirdə müxtəlif media orqanlarının baş redaktorları və digər təmsilçiləri, eləcə də Binəqədi rayon ictimaiyyət nümayəndələri iştirak edib.  Konfrans iştirakçılarını salamlayan Binəqədi RİH-nın başçısı Xaləddin İsgəndərov media orqanları ilə rayon icra strukturlarının əməkdaşlığının əhəmiyyətindən danışaraq konfransı açıq elan edib.  

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli media rəhbərlərini və təmsilçilərini konfrans iştirakçılarına təqdim edib. V. Səfərli bildirib ki, RİH-lərlə bu qəbildən olan tədbirlər artıq ənənəvi xarakter alıb. Bu da nəticə etibarıilə media və icra strukturları arasında qarşılıqlı əməkdaşlıq dinamik şəkildə inkişaf edirərək genişləndirir. Daha sonra çıxış üçün söz Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova verilib. Ə. Amaşov konfransın əhəmiyyətindən danışaraq yerli icra hakimiyyəti orqanları ilə media arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.  Tədbirin təşkilatçılarına minnətdarlığını ifadə edən Ə. Amaşov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondun fəaliyyətindən də geniş bəhs edib. Qeyd edib ki, Fond təkcə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına yox, digər icra strukturları ilə də birlikdə işləyərək medianın və media təmsilçilərinin  maddi rifah halının yüksəldilməsi məqsəsilə mühüm addımlar atır. O, bu qəbildən olan tədbirlərin davamlı hal almasının zəruriliyini də qeyd edib.  Ə. Amaşov bildirib ki, Azərbaycanda mətbuatın inkişafı istiqamətində dövlət tərəfindən də zəruri işlər görülür. O, qarşıdakı dövrdə medianın tam iqtisadi müstəqilliyinə nail olunmasının  da əsas məqsəd olduğunu vurğulayıb. 

Çıxışında Binəqədi RİH-nin başçısı Xaləddin İsgəndərov rayonda görülən geniş abadlıq-quruculuq işlərindən də danışıb. X. İsgəndərov bildirib rayon sakinləri ilə mütəmadi görüşlər keçirilir, onların problemləri dinlənilir və həmin məsələlərin həlli istiqamətində müvafiq addımlar atılır: "Rayonda problemlərin ardıcıl qaydada aradan qaldırılması üçün işlər görülür. İlk növbədə sakinləri daha çox narahat edən problemlərin həlli istiqamətində addımlar atılır. Bəzi problemlər var ki, həmin məsələlər dövlət proqramına əsasən, tədricən həll ediləcək". 

Daha sonra icra başçısı konkret misallar əsasında görülən işlərdən geniş bəhs edib. X. İsgəndərov rayon ərazisində görülən işlərin, eləcə də problemlərin işıqlandırılması istiqamətində media ilə qarşılıqlı əməkdaşlığa maraqlı olduqlarını bildirib. 

Media və icra strukturları arasında şəffaf əməkdaşlığa kölgə salan mətbu orqanlara, konkret halda reket jurnalistikasına toxunan V. Səfərli isə bu məsələnin rəhbər işdə işləyənləri və media nümayəndələrini də narahat etdiyini diqqətə çatdırıb: "Reket jurnalistika medianın gördüyü işlərə də kölgə salır. Elə nəşrlər var ki, biz onların adlarını belə tanımırıq. Bu gün Azərbaycan Mətbuat Şurasında  reket jurnalistika ilə mübarizə  məqsədilə yaradılmış Komissiyada həmin mətbu orqanlarla bağlı şikayətlərə baxılır.  Təbii ki, belə mətbu orqanlar KİVDF-nin bütün layihələrindən, qəzetlərin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə elan edilmiş müsabiqələrdən də kənarda qalır. Mən bir daha qeyd edirəm ki, həmin mətbu orqanların yazdıqlarının heç bir təsir dairəsi yoxdur. Həmin yazılar sifariş əsasında yazılır və şəbəkə formasında reket jurnalistlər tərəfindən biri-birinə ötürülür.  Ona görə də bu cür hallarla rastlaşanlar Azərbaycan Mətbuat Şurasında yaradılmış "Reket jurnalistika"ya qarşı Mübarizə Komissiyasına müracət etsinlər". 

"Reket jurnalistika"ya qarşı Mübarizə Komissiyasının sədri Vüqar Rəhimzadə isə konfrans iştirakçılarının diqqətinə çatdırdı ki, hazırda Komissiya 100-ə yaxın mətbu orqanın  adını "qara siyahı"ya salıb: "Təbii ki, artıq adı reket mətbu orqanların arasında olan media orqanlarının bəziləri bu siyahıdan çıxarılır. Biz görürük ki, onlar fəaliyyətlərində ciddi dönüş yaratdıblar və onların adını həmin siyahıdan çıxardırıq. Məqsədimiz də odur ki, Azərbaycanda fəaliyyət göstərən mətbu orqanlar jurnalistikanın adına xələl gətirən işlərlə, şəxsi mənfəətlərini güdərək müxtəlif vəzifəli şəxslərlə bağlı qərəzli məlumatlar dərc etməsinlər. Azərbaycandakı mətbu orqanlar peşəkar jurnalistika fəaliyyəti ilə məşğul olsunlar". 

Tədbir qarşılıqlı disskussiyarla davam etdirildi.


 ***


Bu gün Binəqədi Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etditilməsi"mövzusunda konfrans işə başlayıb. Konfrans iştirakçılarını salamlayan Binəqədi RİH-nın başçısı Xaləddin İsgəndərov media orqanları ilə RİH-lərin əməkdaşlığının vacibliyini vurğulayaraq konfransı açıq elan edib. Movqe.az-ın verdiyi xəbərə görə, tədbirdə mətbuat orqanlarının baş redaktorları iştirak edib. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli media orqanlarının baş redaktorlarını konfrans iştirakçılarına təqdim edib. Daha sonra çıxış üçün söz Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova verilib. Konfrans davam edir.

Sizin Reklam Yeriniz