Əlaqə Arxiv
news Image
2013.11.05
13:45
| A A A
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti kadr islahatları aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti kadr islahatları aparılıb.


Movqe.az-ın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdir müavini, Tibbi sosial ekspertiza və  əlillərin reabilitasiyası məsələləri sektorunun müdiri Saday Abdullayev işdən çıxarılıb. O, tibbi-sosial ekspertizanın təşkili və əlillərin sosial təminatı sahəsində işində yol verdiyi nöqsanlara görə işdən azad edilib.

 

Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri və müdir müavini, o cümlədən İqtisadiyyat şöbəsinin müdiri də tutduqları vəzifədən kənarlaşdırılıblar. Nazirlikdə işdən çıxarılanların yerinə hələ ki, yeni təyinatlar aparılmayıb.

Sizin Reklam Yeriniz