Əlaqə Arxiv
news Image
2013.11.05
14:41
| A A A
Fransız jurnalistlərin cəsədi Malidən geri qaytarıldı

Movqe.Az BBC-yə istinadən xəbər verir ki, cənubi Malidə öldürülən 2 fraznsız jurnalistinin cansız bədənləri Fransaya geri qaytarılıb. Beynəlxalq Fransız Radiosundan  57 yaşlı Qhislaine Ddupont  və 58 yaşlı Klaudie Verlon oğurlanmış və öldürülmüşdü. Fransız Prezidenti François Hollande də "Çarles de Qaulle" hava limanında jurnalistlərin cansız bədənlərini gözləyənlər arasında idi. Onun Malili həmkarı İbrahim Boubakar Keita "təqsirkarları tapmaq üçün hər şeyi etmək lazımdır" deyib. Cəsədlər Fransız Hava Limanına yerli vaxtla səhər saat 7-də çatdırılıb. Onlarla Malili jurnalist və həmkar da şəhərin küçələrində cənazəni aparan kütlənin ardınca yürüşə qatıldı. Mali Prezidenti bazar ertəsi RFİ idarə üzvüylə Barnakoda görüşüb. O :"Biz təqsirkarları tapmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Mali təqsirkarları tapmaq üçün artıq cinayət işi açıb. Malili həmkarlarımızla birlikdə bu işi həll edəcəyik" deyib. 

Sizin Reklam Yeriniz