Əlaqə Arxiv
news Image
2013.11.05
18:03
| A A A
Jurnalistlər üçün yeni müsabiqə elan edildi

Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsi elan edib. KİVDF-dən Movqe.az-a verilən xəbərə görə, müsabiqənin məqsədi Binəqədi rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq. 

Müsabiqənin mövzusu

"Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"

Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır.

2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

3. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc edilməlidir, informasiya agentliklərində çalışan jurnalistlərin yazıları isə son 1 (bir) ildə, həftə 1 (bir) dəfədən az olmayaraq nəşr edilən qəzetlərdə çap olunmalıdır.

4. Yazılar son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının

Tərtib etdiyi "qara siyahı" ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

5. Qəzetdə dərc olunmuş yazıda "Binəqədi rayon icra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

Yazıların qəbul qaydaları

1. Yazının dərc olunduğu mətbuat orqanı (qəzet, jurnal) 1 nüsxə

2. Yazının Elektron variantı (Times New Roman (12) şriftində -CD diskdə) 1 nüsxə

3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə

4. Yazıların həcmi : 1 səhifə (A3) olmalıdır (9-11 min işarə),

Tələb olunan sənədlər

1.Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası)

2. İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə)

3. Şəxsiyyət vəsiqəsi və surəti,

4.Şəxsi VÖEN və surəti,

5. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı).

Qeyd: İştirakçı haqqında məlumat cədvəlini əldə etmək üçün Fonda müraciət edə bilərsiniz.

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.

Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.

Yazıların qəbulu 06 noyabr 2013-cü il tarixindən başlayır,16 dekabr 2013-cü il tarixində başa çatır.

Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Qiymətləndirmə meyarları:

- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

- ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

I yer - 1 000 AZN (1 nəfər - 1.000 AZN)

II yer - 800 AZN (2 nəfər - 1.600 AZN)

III yer - 600 AZN (3 nəfər - 1.800 AZN)

Həvəsləndirici mükafat - 200 AZN (10 yazı müəllifinə həvəsləndirici mükafat veriləcəkdir)

Qaliblər, həmçinin Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.


Sizin Reklam Yeriniz