Əlaqə Arxiv
news Image
2013.11.06
10:32
| A A A
Erməni qadın narkotik keçirmək üçün təzə olmuş körpəsindən istifadə edib

Gürcüstan Gəlirlər Xidmətinin əməkdaşları narkotik vasitənin sərhəd-buraxılış məntəqəsindən keçirmək məqsədi ilə anadan təzə olmuş uşaqdan istifadə faktını qeydə alıblar.


APA-nın "Georgia Online" saytına istinadən verdiyi xəbərə görə, xidmətdən verilən məlumata əsasən, Ermənistan-Gürcüstan sərhədindəki "Sadaxlı"  nəzarət-buraxılış məntəqəsində Ermənistandan gəlmiş qadının üzərinə baxış keçirilərkən onun anadan təzə olmuş uşağının şalvarının cibində marixuana aşkarlanıb.  Narkotik həmçinin qadının əynindəki gödəkçənin cibində də aşkarlanıb.

 

Götürülmüş narkotikin ümumi çəkisi 51 qram təşkil edib.  

 

Sizin Reklam Yeriniz