Əlaqə Arxiv
news Image
2013.11.06
11:32
| A A A
Elmar Məmmədyarov İndoneziyaya yola düşüb

Noyabrın 7-8-də İndoneziyada keçiriləcək Demokratiya Forumunda iştirak etmək üçün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkəyə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, illik əsasda keçirilən Demokratiya Forumunun builki mövzusu "Plüralist cəmiyyətdə demokratiyanın gücləndirilməsi" olacaq.

Qeyd edək ki, Demokratiya Forumu 2008-ci ildə İndoneziyanın təşəbbüsü ilə fəaliyyətə başlayıb.

Forumun məqsədi bərabərlik, qarşılıqlı hörmət və anlaşma prinsiplərinə hörmət əsasında dialoq və qabaqcıl təcrübənin bölüşülməsi vasitəsilə sülh və demokratiya sahəsində regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.

Sizin Reklam Yeriniz