Əlaqə Arxiv
news Image
2013.11.06
11:51
| A A A
Bir qrup gənc Bayraq Günü münasibətilə flaşmob keçirib (FOTO)

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının gəncləri Bayraq Günü münasibətilə flaşmob keçirib.


Trend-in məlumatına görə, bir qrup gənc Heydər Əliyev adına Park-Bulvarda "Bayraq günü" münasibətilə flaşmob təşkil edib və həmin vaxt parkda olan bütün insanlara Azərbaycan bayrağı hədiyyə ediblər.


Flaşmobun keçirilməsində əsas məqsəd bir daha dövlət bayrağına olan hörməti, sevgini nümayiş etdirmək və bütün dünyaya göstərmək olub.


Flaşmob aksiyası zamanı gənclər 100-dən çox bayraq hədiyyə edib və insanları 9 noyabr - Bayraq Günü münasibətilə təbrik ediblər.


Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2009-cu ildən noyabrın 9-u Azərbaycanda Bayraq Günü kimi qeyd edilir.

Sizin Reklam Yeriniz