Əlaqə Arxiv
news Image
2013.11.06
16:36
| A A A
Səbail rayonunda binaların fasadlarının təmiri və üzlənməsi işləri aparılır

Səbail rayon İcra Hakimiyyətindən Movqe.az-a verilən məlumata görə, şəhərin mərkəzi və Bayıl yaşayış ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri davam etdirilir. Bu işlər çərçivəsində hazırda mərkəz ərazidə Üz.Hacıbəyov küçəsində yerləşən Neftçilər prospektində 111 və 131 saylı, Qurban Abbasov küçəsinin sonundakı 35, 76 və 78 saylı binaların üzlənməsi aparılır. Binaların təməlində möhkəmlətmə işləri görülmüş, eyvanlar yenilənmiş və binalara aqlay üzlük vurulmuşdur.


Q.Abbasov küçəsindəki binalar 60-70 il əvvəl tikilməsi nəzərə alınaraq bu binaların təməli və dayaq konstruksiyaları dəmir-beton konstruksiyalarla möhkəmləndirilmiş, divarlara aqlay daş vurulmuş, eyvanlar təmir olunmuşdur.


Həmçinin şəhərin mərkəzində Hökumət evinin arxa hissəsində, Fikrət Əmirov küçəsi 1 və 2 ünvanlarında yerləşən 16 mərtəbəli yaşayış binalarının da təmir olunaraq üzlənməsi və bura yeni, müasir görkəm verilməsi ilə bağlı işlər davam edir və bu işlərin ilin sonuna kimi başa çatması planlaşdırılmışdır.

Sizin Reklam Yeriniz