Əlaqə Arxiv
news Image
2013.11.06
17:20
| A A A
Kommunal xidmət haqları bahalaşacaqmı?
Artıq bir neçə gündür ki, ölkədə kommunal xidmətlərə görə, tariflərin bahalaşacağı barədə xəbərlər dolaşmaqdadır. Yayılan xəbərlər aztəminatlı ailələr arasında narahatçılığa səbəb olub. Məlumatlara görə, yaxın vaxtlarda Azərbaycanda elektrik enerjisinin, mavi qazın, suyun, yanacağın qiymətində artım baş verəcək. 

Məsələyə aydınlıq gətirmək məqsədilə Movqe.az aidiyyatı qurumlarla əlaqə saxlayıb. "Azərsu"ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, təmsil etdiyi qurum suyun qiymətinin artırılması barədə Tarif Şurasına müraciət etməyib. A. Cəbrayıllı Movqe.az-a açıqlamasında bildiib ki, suyun tarifinin maya dəyərinnə uyğun olub-olmaması ilə bağlı mütəmadi araşdırmalar, təhlillər aparılır: "Amma bizim qurum suyun tarifinin artırılması barədə Tarif Şurasına hər hansı təkliflə müraciət etməyib".

"Azərenerji" ASC-dən də bildirdilər ki, qurumdan Tarif  Şurasına  qiymətəlrin artırılması ilə bağlı müraciət göndərilməyib. 

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirib ki, mavi yanacağın qiymətində artım olacağı barədə onlarda məlumat yoxdur: "Hələki qazın 1 kub metrinin qiyməti 10 qəpikdir. Biz bu qiymətdə dəyişiklik üçün Tarif Şurasına təkliflə müraciət etməmişik. Ona görə də, yaxın vaxtlarda digər kommunal xidmətlərlə yanaşı qazın bahalaşacağı ilə bağlı yayılan xəbərlər doğru deyil".  

Qeyd edək ki,  aidiyyatı qurumlar kommunal xidmət haqqlarının artırılması barədə Tarif Şurasına müraciət etmədiklərini söyləsələr də, bu gün Azərbaycanın maliyyə naziri Samir Şərifovun bu barədə açıqlaması biq qədər narahatlıq yaradıb. Naizr bildirib ki, Aərbaycanda kommunal xərclərin artırılmasına fövqəladə hal kimi baxmaq lazım deyil. Onun sözlərinə görə, Azərbaycanda sonuncu dəfə kommunal xərclər 2007-ci ildə artırılıb: "Bu illər ərzində minimum əmək haqqının sosial bazası 2,6 dəfə, minimal  pensiyaların sosial bazası isə 2,5 dəfə artıb. Bununla bağlı 7 sərəncam imzalanıb".

S.Şərifov qeyd edib ki, Milli Məclisin komitələrinin iclaslarında kommunal xərclərin artırılacağını deməyib: "Mən kommunal xərclərin artacağını deməmişəm. Sadəcə, bununla bağlı öz təklifimi vermişəm. Bildirmişəm ki, 2007-ci ildəki son artımlardan bu vaxta qədər ölkənin kommunal sahədə artımın edilməsi labüddür. Bununla bağlı Tarif Şurasından təkliflər olacaqsa, son sözü də elə Tarif Şurası deyəcək".


Sizin Reklam Yeriniz