Əlaqə Arxiv
news Image
2013.11.07
16:05
| A A A
Aydın Əliyev: «Azərbaycanda gömrük rüsumlarının artırılması nəzərdə tutulmayıb»

Azərbaycanda gələn il gömrük rüsumları tariflərinin artırılması nəzərdə tutulmayıb. "APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

A.Əliyev qeyd edib ki, o, dünən Bakıda Gürcüstanın kənd təsərrüfatı naziri və gəlirlər xidmətinin rəhbərinin birinci müavini ilə görüş keçirilib: "Orada da bu məsələ müzakirə olunub. Sivil qaydada iki ölkə arasında kənd təsərrüfatı məhsullarının idxalının daha da artırılması məsələsi müzakirə edilib. Belə bir siyasətin qurulması hər iki ölkənin iqtisadiyyatının və iqtisadi göstəricilərinin daha da artırılmasına xidmət edəcək".

DGK başçısı vurğulayıb ki, bu iki ölkənin vergi və rüsumlarının problemsiz toplanmasına xidmət edəcək: "Bu yalnız Gürcüstana deyil, Azərbaycanın bütün sərhədlərinə aid olacaq".

Sizin Reklam Yeriniz