Əlaqə Arxiv
news Image
2013.11.08
12:47
| A A A
Azərbaycan ərazisində yağış yağacaq, şaxta olacaq

Bakı və Abşeron yarımadasında noyabrın 9-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.


Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

 

Movqe.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, havanın temperaturunun gecə 8-12, gündüz 12-15 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında noyabrın 9-da arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 13-18, dağlarda gecə 0-5, bəzi yerlərdə 3 dərəcəyədək şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.


Sizin Reklam Yeriniz