Əlaqə Arxiv
news Image
2013.11.08
16:31
| A A A
Azərbaycan QDİƏT-ə sədrlik növbəsindən imtina edib

Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatındakı növbəti sədrlik növbəsini başqasına verib.


Təşkilatın katibliyindən APA-ya bildiriblər ki, gələn ilin yanvarından etibarən sədrlik Ermənistandan Bolqarıstana keçəcək: "Azərbaycan bizə məlumat verdi ki, öz sədrlik növbəsindən istifadə etməyəcək".  

 

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev APA-ya bu qərarın səbəbini belə izah edib: "Gələn il Azərbaycan bir çox struktura, o cümlədən Avropa Şurasına sədrlik edəcək. Hazırda biz İqtisadi Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edirik. Ona görə də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı katibliyinə bu qurumda sədrliyi öz üzərimizə götürə biləcəyimiz tarix təklif etdik və 2015-ci ilin yanvarından sədrliyi qəbul edə biləcəyimizi söylədik. Lakin əlifba sırasını dəyişmək istəmədilər, ona görə də Azərbaycan yenidən növbəsi çatanda sədrlik edəcək".  

 

Xatırladaq ki, Azərbaycan 2009-cu ilin ikinci yarısında QDİƏT-ə sədrlik edib. 


Sizin Reklam Yeriniz