Son illər ərzində Səbail raonunda aparılan iri miqyaslı quruculuq işləri çərçivəsində rayonun Bayıl yaşayış sahəsində böyük abadlıq quruculuq işləri aparılmış, bir sıra sosial yönümlü tədbirlər həyata keçirilmişdir.
Bayılda aparılan işlər çərçivəsində burada yerləşən bir sıra sənaye obyektləri, gəmiqayırma zavodları və yaşayış evləri köçürülmüş, Dövlət Bayrağı Meydanı yaradılmış, "Avroviziya" mahnı müsabiqəsi ilə əlaqədar 35 min tamaşaçı yerlik "Kristall-Hall", Bakı-Ələt avtomobil yolunun bir hissəsi tikilmiş, yeni yol strukturu yaradılmış, yeni yeraltı keçidlər, bu ərzinin elektrik təchizatının yaxşılaşdırılması üçün "Yeni Bayıl", "Bayraq Meydanı" yarımstansiyaları tikilərək istifadəyə verilmiş, Qafur Məmmədov adına parkda əsaslı təmir-yenidənqurulma işləri aparılmış, təhsil və səhiyyə obyektləri təmir olunmuş, beynəlxalq oyunları keçirmək üçün "Bayıl" stadionu əsaslı təmir olunub yenidənqurulmuşdur.
Bayıl yaşayış sahəsində köhnəlmiş kanalizasiya şəbəkəsinin əvəzində yeni kanalizasiya şəbəkəsi və yeni kanalizasiya kollektoru çəkilmiş, bu istiqamətlə işlər davam etdirilir. Bayılda yeni su xətlərinin çəkilişi də aparılır. Gələcəkdə bu yaşayış sahəsi içməli su ilə daimi təmin olunacaqdır.
Hazırda Bayıl dairəsinin ətrafının yenidənqurulması və abadlaşdırılması işlər aparılır. İlk növbədə Prezident İlham Əliyevin sərəncamına əsasən Dənizkənarı Milli Parkın Bayraq Meydanından Bibiheybət məscidi istiqamətində uzadılması işləri aparılır. Bayıl dairəsinə yaxın ərazidə yerləşən 165 ədəd fərdi yaşayış evləri, obyektlər müvafiq kompensasiyalar ödənilməklə köçürülmüş, hazırda bu ərazidəki bir sıra sənaye və özəl öbyektlərin köçürülməsi və yeni bulvar üçün yeni struktur yaradılması aparılır. Həmçinin 2013-cü ildə burada Su oyunları stadion kompleksinin tikintisi həyata keçirilir.
Dairədə yerləşən 16 mərtəbəli yaşayış binası əsaslı təmir olunaraq fasadı müasir qaydada üzlənmiş, binaya gecə işıqlandırılması quraşdırılmışdır. Hazırda Qurban Abbasov küçəsinin Bayıl dairəsinə çıxan hissəsində yerləşən 3 ədəd yaşayış binasında əsaslı təmir aparılır, Binaların köhnə olması səbəbindən binanın təməli və divarlarında möhkəmləndirmə işləri aparılmış, fasad üzlənmiş, mənzillərin pəncərələri müasir materiallardan hazırlanmış pəncərələrlə əvəz olunmuşdur. Həmçinin Bibiheybət yolu 1 ünvandakı yaşayış kompleksində üzlənmə işləri aparılır.
Bayıl dairəsi tam şəkildə yenidən qurulur. Dairədə yeni yol infrastrukturu yaradılmışdır. Yeni yeraltı keçid Q.Abbasov küçəsi ilə Yeni Bulvarı birləşdirir. Burada son tamamlama işləri aparılır. Yeni eskalator quraşdırılıb. Dairənin mərkəz hissəsində 20-ci sahə istiqamətində istirahət guşəsi yaradılır, yaşıllıqlar salınır.
Məlumat üçün: - İsrafil Kərimov- Səbail rayon İcra Hakimiyyətinin sektor müdiri
Tel:- 493-34-62, mob- (050,055) 322-34-83
El. poçt- [email protected]