Genişzolaqlı internetin inkişafı layihəsinə gələn ildən start veriləcək
Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinin ("Evə optika") həyata keçirilməsinə 2014-cü ildə başlanılacaq. Bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib. Onun sözlərinə görə, layihə 2014-2016-cı illəri əhatə edəcək. Qeyd edək ki, layihənin yekun məqsədi ucqar yaşayış məntəqələri daxil olmaqla ölkənin bütün ərazisini 10-100 Mbit/saniyə civarında sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır ki, bu da Azərbaycana 2017-ci ildə dünyanın bu sahədə inkişaf etmiş ölkələri sırasına çıxmağa imkan verəcək.