Əlaqə Arxiv
news Image
2013.11.11
11:15
| A A A
Flippində vəziyyət dəhşətli həddə çatıb-10 min ölü
Filippin tarixində ən böyük tropik qasrığa olan "Hayyan" ölkəyə çox ağır zərbələr vurub Filippin tarixində ən böyük tropik qasrığa olan "Hayyan" ölkəyə çox ağır zərbələr vurub.

Çox güclü qasırğa nəticəsində həlak olanların sayı 10 min nəfəri keçib. Ötən həftənin cümə və şənbə günləri ölkə ərazisinin 80 faizini vurmuş "Hayyan" Filippinin şərq bölgələrində daha böyük dağıntılara və qurbanlara səbəb olub. Milli.Az AsiaOne-a istinadən bildirir ki, "Hayyan"ın ən ağır zərbə vurduğu və viran qoyduğu Leyte adasının polisinin verdiyi məlumata görə, adada qasırğanın öldürdüyü insanların sayı 10 min nəfərə çatıb. Qonşu Samar adasında 300 nəfər həlak olub, ən azı 200 nəfər itkin düşmüş sayılır. Beynəlxalq təşkilatların yerli nümayəndəliklərinin verdikləri məlumata görə, dağıntı və tələfatlar 2004-cü ildə Hind Okeanı ölkələrindəki sunaminin fəsadları ilə müqayisə oluna bilər.

"Hayyan" tayfununun mərkəzində küləyin sürəti 310 km/saata çatıb.Tayfun Filippində çoxsaylı daşqınlar, sel və torpaq sürüşmələrinə səbəb olub. Ölkənin əsas nəqliyyat magistrallarını su basıb, ya da küləyin qırdığı ağaclar yolları bağlayıb. Buna görə yüzlərlə, minlərlə yaşayış məntəqəsi təcrid olunub.

Filippində hər il müxtəlif qüvvəli 20-yə yaxın tropik qasırğa və ya tufan olsa da, ölkənin hakimiyyət dairələri və müvafiq dövlət qurumlarının "Hayyan"a əsla hazır olmadıqları aşkarlanıb.

Tayfunun ölkəni vurmasına bir gün qalmış paytaxt Manilada xəbərdarlıq bəyanatları səslənsə də, sakinlərin məcburi təlxiyyəsi aparılmayıb. Filippinin hakimiyyət dairələri isə əksinə, bəyan edirlər ki, "Hayyan" yaxınlaşmazdan əvvəl müxtəlif adalarda 1 milyondan artıq insan təlxiyyə edilib.

İndi Filippində əsas problem ərzaq çatışmazlığıdır. "Hayyan" dünən şimal-qərbə doğru hərəkət edərək Vyetnam və Laosu vurub.


Sizin Reklam Yeriniz