Əlaqə Arxiv
news Image
2013.11.12
15:47
| A A A
“Hayyan” qasırğası 10 milyona yaxın insana ziyan vurub (VİDEO)

Filippin prezidenti Beniqno Aquino büdcədə olan vəsaitlə qasırğanın dağıtdığı əraziləri bərpa edə biləcəklərini qeyd edib

Dağıdıcı "Hayyan" qasırğası nəticəsində Filippində 41 vilayətdə azı 9.7 milyon insan zərər çəkib. Reaktiv sürətli küləklər və massiv dalğalar ölkənin sahilyanı və düzən ərazilərdə yerləşən şəhər və kəndlərini viran qoyub. Xilasedicilər 800 minə yaxın insanı Tayfun ərəfəsində müvəqqəti sığınacaq kimi məktəblərə, kilsələrə və hökümət binalarına evakuasiya etsə də, onların çoxu şiddətli küləklərə və sel sularına tab gətirə bilməyib. Prezident Beniqno Aquino xilasetmə işlərinin sürətlənməsi və fəsad zonalarında normal həyatın bərpa olunması üçün ölkədə milli fəlakət vəziyyəti elan edib. 


Filippin prezidenti Beniqno Aquino büdcədə olan vəsaitlə qasırğanın dağıtdığı əraziləri bərpa edə biləcəklərini qeyd edib: "Fəlakət və fövqaladə hallar fondumuzda 18.7 milyard Filippin pesosu var, yığımlarımız var. Həmin vəsaitlə Yolanda tayfununun dağıtdığı əraziləri bərpa edə bilərik. Xarici dövlətlərdən də yardımlar gəlməkdədir. Artıq 22 ölkə humanitar yardım göstərməyə söz verib". 


BMT-nin Ümumdünya Ərzaq Proqramı qasırğadan əziyyət çəkənlərə 2 milyon dollar vəsait ayırıb. Filippində aclıq, ərzaq qıtlığı əsas problemə çevrildiyindən təşkilat Filippinə 40 tondan çox yüksək kalorili enerjili qidalar göndərməyi, həmçinin maddi texniki təchizat və fövqaladə kommunikasiya sistemləri ilə bağlı da Fillippin hökümətinə yardım göstərməyi planlaşdırır.


"Hayyan" qasırğası artıq Çinin ərazisində də kifayət qədər fəsadlar törədib. Sürəti saatda 118 kilometrə çatan qasırğa nəticəsində ən azı 6 nəfər ölüb, 1 milyondan çox insan isə zərər çəkib. 


"Hayyan" qasırğası Filippində başladığı andan bu günə kimi 7 milyondan çox insana ziyan vurub. Bu qasırğa cənub-şərqi Asiya tarixində ən güclü qasırğalardan hesab olunur.


Sizin Reklam Yeriniz