Əlaqə Arxiv
news Image
2013.11.12
16:23
| A A A
Bu gün Əli Əhmədovun deputat mandatının ləğvi məsələsinə baxılacaq

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi-sədr müavini Əli Əhmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq.


MSK-dan APA-ya verilən məlumata görə, Konstitusiyaya uyğun olaraq, Azərbaycan Respublikasının prezidenti tərəfindən baş nazirin müavini təyin edilmiş Əli Əhmədovun deputat səlahiyyətlərinə xitam verilməlidir.

 

Qeyd edək Ki, Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir.


Sizin Reklam Yeriniz