Mikayıl Cabbarov İSESKO-nun baş direktoru ilə görüşüb
Görüş zamanı təhsil sahəsində davamlı inkişafın dəstəklənməsi, cari və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
Təhsil naziri Mikayıl Cabbarov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransı çərçivəsində Bakıda səfərdə olan İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüb.
Movqe.az-ın Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, görüş zamanı təhsil sahəsində davamlı inkişafın dəstəklənməsi, cari və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.