Əlaqə Arxiv
news Image
2013.11.13
14:05
| A A A
“Milli Olimpiya Komitəsi ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib

Bu gün Milli Olimpiya Mərkəzində Azərbaycan Respublikasının  Prezidenti  yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə  "Milli Olimpiya Komitəsi ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda konfrans  keçirilib. Movqe.az-ın xəbərinə görə, konfransda Azərbaycan Respublikasının  Prezidenti  yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, media orqanlarının baş redaktorları və digər qonaqlar iştirak edirlər. Konfrans iştirakçılarını salamlayan Çingiz Hüseynzadə tədbirin əhəmiyyətindən bəhs edərək, Azərbaycanda idmanın dinamik inkişaf etdiyini və bu sahəyə yüksək diqqət olduğunu vurğuladı. İdmanın inkişafının mediada işıqlandırılmasının da mühim önəm kəsb etdiyini diqqətə çatdırdı. Daha sonra çıxış üçün söz alan Vüqar Səfərli müsabiqənin keçirilməsinin məqsədindən söz açıb. Qeyd edib ki,  burada başlıca məqsəd, Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafının KİV-lərdə təbliğini daha da genişləndirmək və bu sahədə peşəkar idman jurnalistlərinin yaradıcılığını keyfiyyətcə yeni mərhələyə qaldırmaqdır. V. Səfərli müsabiqəyə 27 yazının təqdim olunduğunu bildirib: "Müsabiqəyə daxil olan yazılar kodlaşdırılaraq münsiflərə təqdim edilib. İdman spesfik sahə olduğundan yazıların qiymətləndirilməsi sırf bu sahə üzrə ekspertlərə həvalə olunub".

V. Səfərli müsabiqə arxada qaldığından yazıları qiymətləndirən ekspertlərin adlarını da açıqladı: "Müsabiqədə yazıları qiymətləndirən ekspertlər  Bakı Gənclər və İdman Baş İdarəsinin rəisi  Raqif Abbasov, "Təhsil" respublika İdman Sağlamlıq Mərkəzinin baş direktoru Cəfər Hümbətov, Gənclər və İdman Nazirliyinin Elmi Araşdırmalar Mərkəzinin rəhbəri Qədəmşah Sadıxov olub". Konfrnas iştirakçılarına tədbirdə iştirak edən media orqanlarının baş redaktorlarını təqdim etdikdən sonra, çıxış üçün söz ekspertlərə verildi. 

Ekspertlərdən Raqif Abbasov müsabiqəyə təqdim olunan yazıların qiymətləndirmə meyarlarından danışdı. İdman jurnalistikasının mövcud durumuna toxunan natiq bu sahənin inkişafından da geniş bəhs etdi.

Cəfər Hümbətov və Qədəmşah Sadıxov da müsabiqəyə təqdim olunan yazılar barədə öz fikirlərini bildirdilər. Azərbaycan Mətbuat Şurasının sədri Ə. Amaşov isə Azərbaycan bayrağını zirvələrə qaldıran idmançılarımızın uğurlarının bütün xalq tərəfindən böyük rəğbətlə qarşılandığını və hər bir azərbaycanlını sevinc hisslərinə qərq etdiyini bildirdi. O, bu qəbildən olan tədbirlərin jurnalistlərin, o cümlədən idman yazarlarının yaradıcılığına müsbət təsir göstərdiyini də xüsusi olaraq vurğuladı. Digər çıxış və təkliflərdən sonra müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirildi.

Belə ki, müsabiqədə birinci yer "Mövqe" qəzetinin müxbiri Mübariz Bayramova təqdim edilib. 

2-ci yerin qalibi "İdmançı" qəzetinin redaktoru Dilqəm Quliyev, 3-cü yerin qalibi isə "Olimpiya dünyası" qəzetinin şöbə müdiri Anar Əhmədov olub.   

7 jurnalist isə həvəsləndirici mükafata layiq görülüb. 


Sizin Reklam Yeriniz