Əlaqə Arxiv
news Image
2013.11.13
15:20
| A A A
Kennedinin qızı and içdi

Movqe.Az xəbər verir ki, sui-qəsdə uğrayan keçmiş ABŞ rəhbərlərindən John F. Kennedinin qızı Karolin Kennedinin Tokio səfiri olaraq təyin edilməsi səbəbindən mərasim təşkil edilib. Yeni səfir Kennedinin vəzifəsinin keçən ay senat tərəfindən təsdiqlənməsi səbəbindən xarici işlər naziri Con Kerri rəhbərliyində and mərasimi təşkil edilib. Mərasimdən sonra Yaponiyanın Vaşinqton Səfirliyi rezidensiyasında qəbul verilib. ABŞ prezidenti Barak Obama tərəfindən Tokio Səfirliyində namizəd göstərilən Kennedinin təyin edilməsi ötən ay senat tərəfindən edilən səs vermədə təsdiqlənmişdi . Obamanın 2008-ci ildəki prezident kampaniyasına dəstək verən Karolin Kennedinin adı, Hillari Klintonun  boşalan kürsüsü-Nyu York Senatorluğu üçün keçmişdi. Ancaq cəmiyyətdə vəzifə almaq istəməyən Karolin Kennedi bu vəzifəni qəbul etməmişdi. Karolin Kennedi çox sayda qeyri-kommersiya qurumun idarəçiliyini edirdi.



Sizin Reklam Yeriniz