Movqe.Az xəbər verir ki, Misirdə çevrilişlə vəzifəsindən uzaqlaşdırılan seçilmiş prezidenti Məhəmməd Mursinin mühakimə olunduğu iddia üçün yaradılan müdafiə qrupu, Mursiylə görüşmək üçün tutulduğu həbsxanaya gedib. Müdafiə heyətindən alınan məlumata görə, vəkil Səlim Avvam, Məhəmməd ed-Demati, Üsamə Hilv, Məhəmməd Tosun, Mursinin vəkil olan oğlu Üsamə Məhəmməd Mursidən ibarət olan qrup, İsgəndəriyyə şəhərindəki Burcul Ərəb Xəstəxanasına çatıb. Sözügedən heyətin ziyarəti səbəbindən həbsxana ətrafında təhlükəsizlik tədbirlərinin artırıldığı, avtomobillərin həbsxanaya 2 kilometrdən çox yaxınlaşdırılmadığı deyilib. Müdafiə heyətinin, iddianı qəbul etməyən və məhkəmənin səlahiyyətli olmadığında israr edən Mursiylə, izləniləcək yolu görüşəcəyi deyilib.