650 min Avroya AB vətəndaşlığı verəcək
Movqe.Az xəbər verir ki, Malta Parlamenti, Avropa Birliyi xaricindən 650 min Avro ödəyən hər kəsə vətəndaşlıq verilməsinə imkan tanıyan qanunu təsdiqləyib. AB üzvü olan Malta eyni zamanda Schengen Bölgəsində var və kiçik ada ölkəsinin ABŞ ilə viza razılaşması da var.
Malta Baş naziri Cozef Muscat , proqramın məqsədinin ölkəyə gəlir gətirmək və adaya investisiya yatırma ehtimalı olan insanları cəlb etmək olduğunu deyib. Muscat , proqramın ilk ilində 45 nəfərə vətəndaşlıq verilməsini, beləcə 30 milyon avro gəlir təmin edilməsini planlaşdırır. Malta vətəndaşlığına sahib olanların digər 27 AB ölkəsində də oturma və iş icazəsi olacaq.