Əlaqə Arxiv
news Image
2013.11.14
10:39
| A A A
Azərbaycanda Aşura mərasimi ilə bağlı könüllü qanvermə aksiyası başlayıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvası ilə bu gün "Təzəpir" Məscidində Aşura mərasimi keçirilir.


Movqe.az-ın xəbərinə görə, Aşura mərasimi saat 9-da başlayıb.

 

Saat 8-dən etibarən isə məsciddə könüllü qanvermə aksiyası keçirilir.

 

Səhiyyə Nazirliyinin (SN) Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov jurnalistlərə açıqlamasında bildirib ki, Aşura münasibəti ilə QMİ və SN-in birgə təşkilatçılığı ilə Bakıda və regionlarda saat 8-dan başlayaraq könüllü qanvermə aksiyası keçirilir.

 

Bakıda 8, regionlarda 7 yerdə aksiya başlayıb.

 

Saat 9-a olan məlumata görə, respublika üzrə 536 nəfər qan verib. Bu keçən ilin analoji dövrü ilə müqayisədə 172 nəfər çoxdur.

 

Nazirlik nümayəndəsi qeyd edib ki, aksiyada 5000-dən çox insanın iştirakı gözlənilir.


Sizin Reklam Yeriniz