Əlaqə Arxiv
news Image
2013.11.14
13:52
| A A A
Sabir Rüstəmxanlı: “Xaricdə yaşayan azərbaycanlıların Azərbaycanda oxuması üçün fond yaradılmalıdır”

"Xaricdə yaşayan azərbaycanlıların ölkəmizlə əlaqələrini möhkəmləndirmək və onların Azərbaycanla münasibətlərini dəyişmək, xaricdəki azərbaycanlı gənclərin Azərbaycanda oxuması üçün mütləq bir fond yaradılmalıdır". 

Belə bir təkliflə bu gün Milli Məclisin iclasında "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Sabir Rüstəmxanlı çıxış edib.


Onun sözlərinə görə, xaricdəki azərbaycanlıların Azərbaycanla əlaqələrini gücləndirmək üçün mütləq bir fond yaradılmalıdır: "Bircə nəfər azərbaycanlını nə Güney Azərbaycandan, nə də Avropadan gətirib Azərbaycanda oxutdura bilmirik. Cəmi 1 mln. pul lazımdır ki, təxminən 500 tələbə hər il Azərbaycanda gəlib oxusun. Bu, bizim strategiyamızın əsas xətlərindən biri olmalıdır".


S.Rüstəmxanlı Maliyyə Nazirliyindən imkan daxilində bu məsələyə şərait yaratmağı xahiş edib.


Sizin Reklam Yeriniz