Azərbaycanda 76 yaşlı kişi qəbiristanlıqda intahar edib
Bakıda qəbiristanlıqda intihar hadisəsi baş verib.
Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Bülbülə qəbiristanlığında qeydə alınıb.
Xəzər rayon sakini, 1937-ci il təvəllüdlü Nəsrullah Həmzə oğlu Məhərrəmov qəbiristanlıqda özünü ağacdan asıb. Onun meyiti səhər saatlarında yaxınlarının məzarını ziyarətə gələn şəxslər tərəfindən aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.