Əlaqə Arxiv
news Image
2013.11.15
14:17
| A A A
Broyler yumurtası niyə kənd yumurtasının yerini vermir?

Məişətdə sənaye üsulu ilə istehsal olunmuş yumurtalar daha çox istifadə olunsa da, el arasında "kənd yumurtası" kimi tanınan ev təssərrüfatında istehsal oluna yumurtalar həmişə əvəzsiz hesab olunur. "Kənd yumurtası" demək olar ki, özü bir brend sayıldığından, qiyməti də sənaye üsulu ilə, yəni broyler toyuqlarından alınan yumurtalardan baha satılır. Bəlkə də kənd yumurtası istifadə edənlərin əksəriyyəti bu fərqin nədə ibarət olduğunun fərqinə belə varmasalar da, nədənsə hər zaman "kənd yumurtası"nı istifadə etməyə üstünlük verirlər. Maraqlıdır, ev təssərrüfatlarında istehsal olunan yumurtaların broyler yumurtalardan üstünlüyü nədədir? Movqe.az oxucular üçün bu fərqin üzə çıxarılmasının maraqlı olacaqğını nəzərə alıb kiçik bir araşdırma aparıb. Bəlli olub ki, alıcılar kənd yumurtasını bəh-bəhlə istifadə etməkdə haqlıymışlar.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena Epidemiologiya Mərkəzinin Qidalanma bölməsinin rəhbəri İmran Abdullayev Movqe.az-a açıqlamasında bildirib ki, yumurtanın sarısı zülal, ağı isə  mikroelementlərdən və B qrup vitaminlərdən ibarətdir. İ. Abdlleyevin sözlərinə görə, sənaye üsulu istehsal olunan yumurtaların tərkibində mikroelementlər, vitaminlər ev təssərrüfatında istehsal edilən yumurtaların tərkibinin nisbəti ilə müqayisədə daha azdır: "Bunun izzahı çox sadədir. Ev təssərrüfatında quşlar açıq şəraitdə saxlanılır. Ev quşlarının çeşidli qidalanma imkanları var. Amma broyler toyuqlar qapalı şəkilə saxlanıldıqlarından onlara bu vitaminlər yemlərə qatılaraq verilir. Belə olan halda ola bilir ki, həmin vitaminlər lazımi səviyyədə paylanılmasın. Bu isə təbii ki, yumurtanın tərkibində mikroelementlərin, vitaminlərin zənginliyini azaldır. Ona görə, kənd yumurtası daha xeyirli sayılır. Bu xeyirin bir səbəbi də, ev təssərrüfatında quşların həmin vitaminləri təbii yolla toplamasıdır".

 Xatırladaq ki, bir müddət öncə broyler toyuqların istehsal etdikləri yumurtaların ziyanlı olması ilə bağlı da məlumatlar yayılmışdı. 

Istanbul Universitetinin Tibb Fakültəsinin Onkologiya Institutunun müəllimi Yavuz Dizdar deyib ki, yaxın dostunun 10 yaşlı qızının ayaqları tüklənməyə başlayıb: "Həkimlərdən dəqiq diaqnoz almadıqları üçün valideynləri uşağa nə yedirtdiklərinə diqqət ediblər. Gəldikləri nöqtə yumurta olub. Hər gün bir yumurta yeyən uşağa yumurtanı vermədikdən sonra tüklənməsi keçib. Sonra orqanik yumurtadan (kənd yumurtası) istifadə etməyə başlayıblar. Gündə iki-üç dəfə yumurtlada bilmək üçün toyuğa mütləq bir şey edilməlidir. Təbii yolla toyuq bu qədər yumurtlaya bilməz. O üzdən uşaqlarda cinsi yetişkənlik zamanı müəyyən problemlər yaranır. Qorxunc gedişat var". 


Sizin Reklam Yeriniz