Əlaqə Arxiv
news Image
2013.11.15
14:06
| A A A
Gənc Tamaşaçılar Teatrı azyaşlıların Yeni il tətilinə hədiyyə hazırlayır

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi yeni tamaşanın məşqlərinə başlayıb.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əməkdar artist Nicat Kazımovun quruluşunda təqdim olunacaq "Küpəgirənin hiyləsi" adlanan tamaşa azyaşlıların Yeni il tətilinə hədiyyə olunacaq.

Tamaşada teatrın gənc aktyorları Günel Məmmədova, Asya Atakişiyeva, Zülfiyyə Alhüseynova, Anar Seyfullayev, İlham Əsədov, Manaf Dadaşov, Elşən Hacıbabayev və başqaları rol alıblar.

Yeni tamaşa dekabrın 26-dan yanvarın 5-dək nümayiş etdiriləcək.

 

Sizin Reklam Yeriniz