Əlaqə Arxiv
news Image
2013.11.15
16:37
| A A A
Nazirdən açıqlama: "105 min hektara yaxın yeni meşə sahəsi salınıb"

Azərbaycanda 2003-cü ildən başlanan proqramlar nəticəsində 105 min hektardan çox yeni meşə sahəsi salınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə yeni salınan 105 min hektar meşəliyin 65 min hektarı tam meşə statusuna keçib: "Bunu peykdən çəkilən şəkillər də təsdiq edir. 2003-cü ilə kimi Azərbaycanda meşələrin sahəsi ümumi ərazimizin 11,4%-ni təşkil edirdi. Görülən tədbirlər nəticəsində hazırda bu sahə 11,8%-ə çatıb".

 Nazir bildirib ki, meşə sahələri respublikada əsasən böyük Qafqaz dağlarının ətrafında genişlənir. 


Sizin Reklam Yeriniz