II qrup Qarabağ əlili Əmlak Komitəsinin işçilərindən heyifini belə çıxdı
Bu gün saat 13:50 radələrində Lənkəran rayonunda
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi
idarəsinin binasına bomba qoyulması xəbəri yayılıb. ANS PRESS-in
bölgə müxbirinin verdiyi məlumata görə, bu barədə Daxili İşlər
Nazirliyinin "102" saylı qaynar xəttinə zəng daxil olub. Məlumata
əsasən Fövqəladə Hallar Nazirliynin xilasediciləri, yerli polis və
prokurorluq əməkdşaları hadisə yerinə cəlb olunublar. İdarənn
işçiləri binadan evakuasiya olunub. 1 saata yaxın axtarışlardan
sonar informasiyanın yalan olduğu məlum olub.
Lənkəran polisinin operativ olraq keçirdiyi əməliyyat nəticəsində telefon zənginin kim tərəfindən edildiyi məlum olub. Araşdırmalar zamanı məlum olub ki, yalandan bomba xəbəri 1973-cü il təvəllüdlü II qrup Qarabağ Müharibəsi əlili Həbib Mirzəhüseyn oğlu Sadıqov tərəfindən verilib. Polis H.Sadıqovu saxlayıb.
Dindirilmə zamanı Həbib törətdiyi əməli qisas kimi qələmə verib. O, bildirib ki, idarədən onun işini yubatdıqları və süründürməçiliyə yol verdikləri üçün işçiləri təşvişə salmaq istəyib. Faktla bağlı cinayət işi başalnıb. Qeyd edək ki, hazırda H.Sadıqov 3 ildən 8 ilə qədər azadlıqdan məhrum edilə bilər.