Əlaqə Arxiv
news Image
2013.11.16
17:53
| A A A
İtaliyada minlərlə tələbə hökumətə etiraz etdi

Movqe.Az xəbər verir ki, İtaliyada minlərlə şagird fasilə nəzərdə tutan büdcə qanunu ilə hökumətin izlədiyi siyasətə etiraz edib. Italia 1 kanalı minlərlə tələbəni paytaxt Roma başda olmaqla, müxtəlif şəhərlərdə təşkil edilən hərəkatlarla büdcədən təhsilə daha çox pay ayrılmasını istədiyini bildirib. Polisin arabir müdaxilə etdiyi tələbələr, yeni kəsintilər nəzərdə tutan büdcə qanununu və hökumətə etiraz edib Şagirdlər, parlamentdə müzakirə edilən böhrana qarşı yeni tədbirlər ehtiva edən yeni büdcə qanununa etiraz edib. Romada 4 saat davam edən etiraz, şəhərin Venesiya Meydanında sona çatıb. Torino, Bologna və Cagliari şəhərlərindəki etirazçılarla polis arasında gərginliklər olub. Milandakı etirazlarda isə bəzi nümayişçilərə polis müdaxilə edib.

Sizin Reklam Yeriniz