Hava dəyişəcək
Bakı və Abşeron yarımadasında noyabrın 18-də
havanın dəyişkən buludlu, axşam tutqun olacağı gözlənilir. Mülayim
cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz
olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın
temperaturu gecə 7-10, gündüz 14-18 dərəcə isti təşkil edəcək.
Əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər
bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında
yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir
güclənəcək.