Gürcüstanın yeni prezidenti and içdi
Bu gün Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin andiçmə
mərasimi keçirilib. APA-nın
xəbərinə görə, Gürcüstanın yeni prezidentinin andiçmə mərasimi
Tiflisdə baş tutub. G. Marqvelaşvili daha sonra
hərbi paradı da qəbul edərək, Ali Baş Komandanın öhdəliklərini də
qəbul edib. Andiçmə mərasimində Azərbaycanı baş nazir Artur
Rəsizadə təmsil edib.