Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) dekabrın 9-13-də Bakıda "Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu" keçirəcək.
AGAT-dan Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə baş tutan layihənin məqsədi Azərbaycanın Avrointeqrasiya prosesində yeri və rolu barədə Avropa gənclərinə məlumat verilməsi, Avropa-Azərbaycan gəncləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, Avropalı gənclərə Azərbaycan həqiqətləri, əsasən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və enerji siyasəti ilə bağlı müzakirələrin təşkil edilməsidir.
Forumun əsas mövzuları "Avropaya İnteqrasiya prosesində Şərq Tərəfdaşlığı siyasətində Azərbaycanın rolu", "Avropa təsisatlarında Azərbaycan gənclərinin fəaliyyətinin aktivliyi", "Azərbaycanın Avroatlantik məkanda inkişaf perspektivləri", "Şərq tərəfdaşlığı" və s. olacaq.
10 Avropa ölkəsindən 15 nəfər Forumda iştiraka vəsiqə qazanıb.